- Öyrənən öyrədir.
- Xarakter hamiləlik kimi bir şeydir; həmişəlik gizlədə bilməzsən.
- Başa düşmədiyin şeyə mız qoyma.
- İnsan tələsəndə şeytan sevinir.
- Bilik bağdır; becərməsən, məhsul götürə bilməzsən.
- Ağzını açana qədər bütün qadınlar gözəldir.
- Cəsur bir dəfə, qorxaq min dəfə ölür.
- Vaxtını öldürəndə, fürsətləri dəfn edirsən.
- Aslanla qoyun yanaşı uzana bilərlər, ancaq ikincinin gözünə yuxu getməz.
- Südlə bal eyni rəngdə deyil, amma birlikdə çox gözəl olurlar.
- Gözəl sima və geyim-kecim xarakter formalaşdırmır.
- Toyuq timsah yumurtası qoya bilməz, timsah da toyuq yumurtası.
- Öz suyunu özün daşıyanda hər damlasının qədrini biləcəksən.
- Qoca adam ölürsə, deməli, bir kitabxana yerlə-yeksan olur.
- Beyindən fərqli olaraq mədə boş olanda, bunu sahibinə bildirir.
- Öz yurdundan soyuqluq görən uşaq, qızınmaq üçün öz yurdunu yandırar.
- Şir olmağı arzulayan pişik əvvəlcə siçovul yeməyi tərgitməlidir.
- Qızılgüldə nöqsan tapmayan tikanından şikayətlənər.
- Səbirli adam yetişmiş meyvə yeyər.
- Səbir adamın başına tac qoydurar.
- Tanrı heç vaxt yatmır; o, həmişə oyaqdır.
- Səbir daşı da bişirər.
- Qızılgülün xətrinə tikanına da su verəcəyik.
- Musiqi dəyişəndə, rəqs də dəyişir.
- Ağsaqqalı olmayan icma qabağa gedə bilməz.
- Siçovulun şahidi elə siçovul olar.
- Siçovulu tapdalayıb öldürən fil qəhrəman sayılmaz.
- Dalğasız dənizdə məharətli dənizçi yetişməz.
- Düzünü deyənin dostu olmur.
- Əlində olan yeganə alət çəkiçdirsə, onda sən hər problemi mismar kimi görəcəksən.
- Bəlanın gəlməyinin qarşısını ala bilməzsən, amma bu o, demək deyil ki, ona əyləşməyə kətil də verəsən.
- Elə sakit və lal suda adam batır.
- İki şəlalə bir-birinin səs-küyünü eşitmir.
- Axmaq oynamağı öyrənənə qədər, oyunun qaydaları dəyişmiş olur.
- Bişirərkən kartofu yumşaldan da, yumurtanı bərkidən də qaynar sudur.
- Yağış bəbirin üstünə yağsa da, xallarını yumur.
- Sənə sığınacaq olan meşəyə cəngəllik demə.
- Aslan hürən itə baxmaq üçün ayaq saxlamaz.
- Tək bilərzikdən cingilti səsi çıxmaz.
- Yoluna çıxan fili yeməyin ən yaxşı yolu onu hissələrə bölüb, sonra yeməkdir.
- Parazit tək yaşaya bilmir.
- Özün hələ çayı keçməmisənsə, suda boğulanlara baxıb gülmə.
- Pul qurtaranda insan ağıllanır.
- Öyrənən öyrədər.
- İçəridə düşmən yoxdursa, qıraqdakılardan zaval gəlməz.
- Yol qırağında üzüm əkənlə gözəl qadına evlənənin eyni problemi olur.
- Sabah dağı yerindən tərpətmək istəyirsənsə, bu gündən daşlarını tərpətməyə başla.
- Dostu olmayan yoxsuldur.
- Pulun dili olmasa da, yalanları həqiqət kimi göstərə bilir.
- Pulla ev ala bilərsən, amma yuva ala bilməzsən.
- Bir dəvə o biri dəvənin hürgücünə lağ eləməz.
- Dil zərif olsa da sümük sındırar, ancaq müdrik insan ağzından şəfa verən sözlər çıxardar.
- Arxası üstə uzanıb tüpürəndə, qayıdıb üzünə gələcək.
- İki qardaş dalaşanda, yad gəlib onların malına-mülkünə sahib çıxacaq.
- Müdrik insan qıçlarına baxıb addım atır.
- İnsana düşmənlərinə görə qiymət ver.
- Xarakter hamiləlik kimi bir şeydir; uzun müddət gizli saxlaya bilmirsən.
- Yağış yağacağını eşitmisən deyə ləyəndəki suyu dağıtma.
- Nə edirsən et, keçi sənə yumurta verməyəcək.
- Yeməyi hazır olanda ye, sözü vaxtı çatanda de.
Toplayıb tərcümə edən: Aygün ƏZİZ