Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa uzun fasilədən sonra nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, yanvarın 8-də göstəriləcək səhnə əsəri Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək. Tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlarından danışılır.
Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.