ABŞ Prezidenti Cozef Bayden seçki yarışından çəkildiyini elan etsə də, vaxtından əvvəl istefa vermək niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Endryu Beyts bildirib.
Onun sözlərinə görə, Bayden prezident postunda müddətini başa vurmağı planlaşdırır.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.
Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.