- Cəmiyyət

Ağ Ev: “Bir neçə həftəyə ABŞ-nin Ukraynaya yardımı tükənəcək”

Ağ Ev bir neçə həftəyə ABŞ-nin Ukraynaya yardım resurslarının tükənəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

O buna səbəb kimi Konqresin mövqeyini göstərib: “Birləşmiş Ştatlar Konqresin mövqeyinə görə Ukraynaya əlavə yardımla bağlı hər hansı təminat verə bilmir”.

Qeyd edək ki, C.Kirbi daha əvvəl söyləmişdi ki, ABŞ Konqresinin respublikaçı üzvləri Ukraynaya yardıma razılıq vermir, prosesi “girov saxlayır”.