Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər 2023-cü ildən bəri ABŞ-nin hərbi və ticarət gəmilərinə 300 dəfədən çox hücum edib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, 2023-cü ildən bəri ABŞ hərbi gəmiləri husilər tərəfindən 174 dəfə, ticarət gəmiləri isə 145 dəfə hücuma məruz qalıb.
“Heç bir terrorçu qüvvə Amerika ticarət və hərbi gəmilərinin dünyanın dəniz zolaqlarında sərbəst hərəkət etməsinə mane ola bilməz. İqtisadi və milli təhlükəsizliyimiz çox uzun müddətdir husilərin hücumu altındadır. Bu gün ABŞ prezidenti Donald Trampın hərəkətləri və rəhbərliyi buna son qoymalıdır”.