Amerika Birləşmiş Ştatları Ukrayna ətrafında böhranın daha da kəskinləşəcəyi təqdirdə Rusiyaya qarşı müxtəlif tədbirlərin həyata keçirilməsini, o cümlədən Rusiya banklarının SWIFT ödəniş sistemindən ayrılması imkanını istisna etmir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi bildirib.
ABŞ administrasiyasının rəsmisi əlavə edib ki, Vaşinqton gələcəkdə Ukraynaya hərbi təcavüz edəcəyi təqdirdə Rusiya üçün ağır fəsadlara gətirib çıxaracaq addımların atılması ilə bağlı avropalı həmkarları ilə çox yaxından məsləhətləşmə aparmaqda davam edir.
Qeyd edək ki, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması rus şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.