- Cəmiyyət

Ağ Ev: Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri ölkə iqtisadiyyatına azı 50 milyard dollar gəlir gətirib.

“Report”un xəbərinə görə, bunu Ağ Evdə Milli İqtisadi Şuranın rəhbəri Kevin Hasset deyib.

“Tariflər tətbiq olunandan bəri biz 50-60 milyard dollar tarif gəlirləri əldə etmişik. Hər şey gözlədiyimiz kimidir və bu gün Apellyasiya Məhkəməsinin tariflərin bərpası ilə bağlı qərarından çox razıyıq”, – o, “Fox News”a müsahibəsində bildirib.

Hassett əmindir ki, ABŞ-nin Beynəlxalq Ticarət üzrə Beynəlxalq Məhkəməsi çərşənbə günü Trampın tarif siyasətinin həyata keçirilməsini əngəlləməklə, digər ölkələrlə “ticarət razılaşmalarının qarşısını almağa çalışıb”. “Müqavilələrin bir çoxu imzalanmaq üzrədir. Apellyasiya Məhkəməsi bizə daha çox vaxt verdi və bu o deməkdir ki, bizim sövdələşmələri başa çatdırmaq üçün vaxtımız olacaq”, – məmur əlavə edib.