Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ermənilər tərəfindən saxlanılmış Azərbaycan əsgərinə işgəncə verilməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə Mixalko özünün Tvitter hesabında paylaşım edib.
O, yayılan videonun olduqca acınacaqlı olduğunu bildirib.
“Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, – səfir bildirib.