- Cəmiyyət, Manşet

Aİ məxfi məlumatların Ukraynaya ötürülməsinə dair sazişi təsdiqləyib – “Bloomberg”

Avropa İttifaqı Ukrayna ilə peyk şəkilləri kimi məxfi məlumatların rəsmi Kiyevlə paylaşılmasına icazə verən sazişi təsdiqləyib.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, müqavilə ilkin olaraq bir il üçün nəzərdə tutulub və uzadıla bilər.

Agentlik əlavə edib ki, bu qərarla bağlı Aİ səfirləri artıq məlumatlandırılıb.

unian.net