- Cəmiyyət

Aİ martın 6-da Ukrayna ilə bağlı fövqəladə sammit keçirəcək

Avropa İttifaqı martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.

APA xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.

“Yaxın bir neçə dəqiqə ərzində biz Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın martın 6-da Brüsseldə baş tutacaq xüsusi görüş üçün Avropa Şurasını çağıracağını elan edəcəyik. Gündəmin mövzuları Ukrayna və Avropanın müdafiəsidir”, – o deyib.