- Cəmiyyət, Manşet

Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqləyib

Avropa İttifaqı Rusiyanın Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

525.az xəbər verir ki, “DXR” və “LXR”-in “müstəqilliyi”nin tanınmasının lehinə səs verdikləri üçün deputatlara qarşı sanksiya tətbiq edilib.

Siyahıda adı olan fiziki şəxslər Donetsk və Luqanskda sərmayə qoyan və bu regionlara maddi dəstək verən iş adamlarıdır.