Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozduğuna görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini 6 ay uzadıb.
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Qeyd olunub ki, 15 mart 2022-ci ilədək tətbiq edilməsi planlaşdırılan sanksiyalara səyahət məhdudiyyətləri, aktivlərin dondurulması, siyahıda qeyd olunmuş şəxs və ya təşkilatların gəlir və digər iqtisadi resurslar əldə etməsinin qadağan edilməsi daxildir.
Bəyanatda sanksiyaların 177 şəxsə və 48 təşkilat və ya quruma aid edildiyi qeyd olunub. (apa)