Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.
APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.
“AB amerikalı senatorlarla səyləri əlaqələndirərək, Fransanın təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır.”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.
Nazir iddia edib ki, sanksiyalar Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsinə mane olmalıdır.