Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun videomüraciəti nümayəndəliyin feysbuk səhifəsində paylaşılıb.
“Biz Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əhəmiyyətli və intensiv dialoqun və münasibətlərin inkişafının şahidi olduq. Aİ-nin Azərbaycandakı nümayəndəliyi adından Azərbaycan xalqını Beynəlxalq Novruz Günü münasibətilə təbrik edirəm. Bu bayramın evlərinizə sevinc, süfrələriniz. bolluq gətirməsini arzu edirik”, – o deyib.