- Manşet

Aİ Şurası Prezidenti, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək

Dekabrın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yüksək vəzifəli avropalı diplomat məlumat verib.

Görüş 15 dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti ərəfəsində baş tutacaq.

“Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək. Həmin axşam isə onlarla üçtərəfli görüş baş tutacaq”, – deyə diplomat söyləyib.