- Cəmiyyət, Manşet

Aİ Ukraynaya hərbi yardımı ikiqat artıracaq

Avropa İttifaqı Ukraynaya hərbi yardımı iki dəfə artıraraq milyard avroya çatdıracaq.

Bu barədə Aİ-nin saytında dərc edilmiş bəyanatda deyilir.

Qeyd olunur ki, bugünkü qərar fevralın 28-də açıqlanan ilkin büdcənin əlavə olaraq 500 milyon avro artırılması və bununla da iki dəfə artırılaraq 1 milyard avroya çatdırılmasıdır.

“Biz Rusiyanın təcavüzü ilə mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcəyik. Əlavə 500 milyon avro… Ukrayna silahlı qüvvələrinə öz ərazilərini və əhalisini qorumaq üçün Aİ-nin dəstəyinin daha bir nümunəsidir ”, – deyə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell bildirib.

Bu vəsaitə müxtəlif avadanlıq və materialların, xüsusilə fərdi mühafizə vasitələrinin, ilkin tibbi yardım çantalarının və yanacaqların, həmçinin müdafiə məqsədləri üçün öldürücü silahların çatdırılması üçün nəzərdə tutulmuş hərbi texnika və platformaların alınmasına yönəldiləcək.

Eyni zamanda, bu yardım paketinin müddəti 12 aya qədər uzadılıb.