- Cəmiyyət

Aktivist Putinin qızının villasına girib, qıfılı dəyişib və qaçqınları ora dəvət edib

Fransalı fəal Pyer Afner Vladimir Putinin qızı Katerina Tixonovanın Biarritsdəki villasına girərək evin kilidlərini dəyişib və Ukraynadan olan qaçqınları ora dəvət edib.

Bu barədə The Insider yazıb.

Villa Tixonovanın 8 yataq otağı və üç hamamı var. Həmçinin aktivist evdə  binanın keçmiş sahiblərinin – Putinin keçmiş kürəkəni Kirill Şamalovun və Rusiya Federasiyası prezidentinin dostu Gennadi Timçenkonun adına müxtəlif sənədlər tapıb.
unian.net