- Mədəniyyət

Alber Kamünün “Seçilmiş əsərləri” nəşr olunub

Dövlət Tərcümə Mərkəzi 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından dünyaşöhrətli Fransa yazıçısı, Nobel mükafatı laureatı Alber Kamünün Azərbaycan dilinə tərcümə olunmuş “Seçilmiş əsərləri”ni nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yazıçının Nobel mühazirəsi ilə başlayan kitaba ədibin “Xoşbəxt ölüm”, “Yad”, “Taun”, “Çöküş” romanları, “Susqunluq”, “Sizif haqqında mif”, “Absurd və intihar” kimi məşhur hekayə və esseləri, həmçinin “Qeyd dəftərçəsindən” memuarı daxil olunub.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri tanınmış bədii tərcümə ustaları Əlisa Nicat, Hamlet Qoca, Cavanşir Yusifli, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev, Rəbiqə Nazimqızıdır.

Kitabı yaxın günlərdə kitab evləri və mağazalarından əldə etmək mümkün olacaq.