- Cəmiyyət

Ali nümayəndə: “Aİ Şurası gün ərzində Rusiyaya qarşı yeni sanksiyaları razılaşdıracaq”

“Avropa İttifaqı Şurası oktyabrın 5-də, yəni bu gün ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdıracaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə çox təhlükəli mərhələyə daxil olub. J.Borrel deyib ki, Avropa İttifaqının Kiyevə dəstəyi tam olaraq davam etməlidir.

Bu gün Aİ-nin Rusiyaya qarşı 8-ci sanksiyalar paketinin qəbul olunacağı gözlənilir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova