Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb.
APA-nın məlumatına görə, qanun layihəsi 10 fəsil və 77 maddədən ibarətdir.
Qanun layihəsində təhsil müəssisələrinin ictimai qurumları qismində Rektorlar Şurası və ali təhsil müəssisələri tələbələrinin ictimai birliyinin yaradılması əksini tapıb.