- Cəmiyyət

Almaniya, Fransa və Rusiya nümayəndələri Ukrayna məsələsini müzakirə edəcək

“Almaniya Ukrayna ilə bağlı nizamlanma məsələsində diplomatiyaya üstünlük verir və bu həftə Almaniya Kanslerinin müşaviri Rusiya və Fransadan olan həmkarları ilə yüksək səviyyədə görüş keçirəcək”.

APA-nın xəbərinə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Heberşrayt söyləyib.

“Kanslerin köməkçisi Yens Pletner bu həftə Rusiya və Fransadan olan həmkarları ilə görüşəcək”, – deyə o əlavə edib.