- Cəmiyyət, Manşet

Almaniya ilk dəfə Ukraynaya silah tədarükünə icazə verib – KİV

Ukrayna 400 tank əleyhinə qumbaraatan almalıdır.

Almaniya ilk dəfə olaraq Ukraynaya Hollandiya vasitəsilə silah tədarükünə icazə verib.

“Politico” yazır ki, Almaniya indiyədək ölümcül silahların münaqişə zonalarına ötürülməsinə mane olub.

İki Aİ rəsmisinin bildirdiyinə görə, Almaniya Hollandiyaya Ukraynaya 400 tank əleyhinə qumbaraatan göndərməyə icazə verib.

Qərar AB və NATO müttəfiqlərinin təzyiqləri fonunda Berlinin müdafiə siyasətində dramatik dəyişiklikdir.

Almaniyanın qərarı bir çox Qərb müttəfiqlərinin Ukraynaya daha çox silah, sursat və hətta hava hücumundan müdafiə sistemləri göndərdiyi bir vaxta təsadüf edir.
unian.net