Almaniya kansleri Olaf Şolsla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı xarici KİV yayıb.
Bildirilib ki, liderlər Ukraynanın Zaporoje Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu gün AES-in Rusiya hərbçilərinin nəzarəti altına keçdiyinə dair məlumat yayılıb.