“Rusiya ilə Ukrayna arasında sülh razılaşması imzalananadək Kremlə qarşı sanksiyalar davam edəcək”.
UNIAN xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Sülh şərtlərini Ukrayna diktə etməlidir. Rusiya dövlət başçısı yanlış olaraq düşünürdü ki, sanksiyalar qısamüddətli olacaq. O, Kiyevin bu qədər müqavimət göstərəcəyini düşünmürdü”, – o bildirib.
Şolts, həmçinin əlavə edib ki, Almaniya Krımı Rusiyanın ərazisi kimi tanımır. (report)