- Cəmiyyət

Almaniya Litvada NATO briqadasının qərargahını açıb

Almaniya Litvada NATO briqadasının qərargahını açıb.

“Report” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Litvada səfərdə olan Almaniyanın müdafiə naziri Kristin Lambrext Bundesver tərəfindən formalaşdırılan qərargahın rəsmi açılışında iştirak edib.

Yonava rayonunun Rukla şəhərindəki qərargahda 100-ə yaxın hərbçi xidmət aparacaq. Bura tərkibi dəqiqləşdirilməyən zəruri avadanlıqlar da gətirilib.