- Cəmiyyət, Manşet

Almaniya “Şimal axını – 2”nin sertifikasiyasını dayandırıb

“Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts söyləyib.

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyinə artıq müvafiq tapşırıqlar verilib:

“Şimal axını – 2”nin dayandırılması rəsmi Moskavaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız ötüşməyəcək”.

Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.