- Cəmiyyət

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketini elan edib

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketini elan edib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, buraya 2 “Gepard” özüyeriyən zenit-raket kompleksi daxildir.

Həmçinin hərbi yardım çərçivəsində Ukraynaya 6 min zenit sursatı, sərhədçilər üçün 5 avtomobil, 29 elektrik generatoru, 6 yük maşını və 10 konteyner daxildir.

Silahların çatdırılma üsulları və vaxtı barədə məlumat verilməyib. Buna səbəb təhlükəsizlik tədbirləridir.

Xatırladaq ki, Ukrayna ordusu fevral ayının sonuna kimi hava hücumundan müdafiə üçün daha da çox idarə olunan raketlər alacaq.