- Cəmiyyət

Almaniya Ukraynaya əlavə silah-sursat göndərəcək

Almaniya Ukraynaya pikaplarda 20 “70 mm”lik reaktiv yaylım atəşi qurğusu və 2 000 raket ötürməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında yer alan məlumatda deyilir.

Təhlükəsizlik səbəbi ilə Almaniya hökuməti silahların çatdırılma üsulları və vaxtı haqqında əlavə məlumat verməyib.

Almaniya Nazirlər Kabinetinin saytının xüsusi səhifəsində Berlinin Kiyevə 15 “Gepard” özüyeriyən zenit qurğusu, o cümlədən 6000-ə yaxın zenit sursat göndərməyi planlaşdırır.