- Cəmiyyət

Almaniyada Rusiyaya casusluqda şübhəli bilinən Bundesver əməkdaşı saxlanılıb

Almaniyada Rusiyaya casusluqda şübhəli bilinən Bundesver əməkdaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Nəşrin məlumatına görə, Bundesverin İnformasiya Texnologiyaları Federal İdarəsinin əməkdaşı 2023-cü ilin may ayından başlayaraq öz təşəbbüsü ilə Rusiyanın Bonndakı Baş Konsulluğu və Berlindəki səfirliyi ilə bir neçə dəfə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib.

Onun peşə fəaliyyəti zamanı məlumatları ötürdüyü deyilir.