- Cəmiyyət

Almatıda fevralın 7-dən yüksək səviyyəli terror təhlükəsi ləğv edilir

Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyat qərargahı məlumat yayıb.

Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.

Eyni zamanda, xüsusi və hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində fəaliyyətinə davam edəcək.