Çinin Min sülaləsinə aid xalça Parisdə keçiriləcək hərracda 5,4 milyon ABŞ dollarına satışa çıxarılacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, noyabrın 23-də Fransanın paytaxtı Parisdə keçiriləcək Christie’s hərrac evində Çinin Min sülaləsinin (1368-1644) dövrünə aid olan xalça 4,8-5,4 milyon dollara satışa çıxarılacaq.
Xalçanın üzərində beş pəncəli əjdaha və onun üstündə buludlar var. Bildirilir ki, əjdahalar imperiyanın gücünü simvollaşdırır. Sözügedən xalça ilə birlikdə Min sülaləsinə aid 39 xalça və imperiya əjdahası motivli 16 xalça satışa çıxarılacaq.
Qeyd edək ki, Min sülaləsinə aid başqa bir imperator xalçası 2020-ci ildə Nyu-Yorkda Christie’s hərracında 1,7 milyon dollara satılıb.