- Mədəniyyət

“Amerikalı kürəkən” tamaşası yenidən səhnədə

Fevralın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan “Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.

İki hissədən ibarət olan səhnə əsərinin quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Biletləri şəhərin kassalarından və “İticket.az” saytından əldə etmək mümkündür.