- Mədəniyyət

“Amerikalı kürəkən” yenidən səhnədə

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan “Amerikalı kürəkən” növbəti dəfə nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.