“Dağlıq Qarabağın status məsələsi həll olunmadan münaqişə nizamlana bilməz”.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi açıqlama verib.
O, ABŞ-ın Minsk qrupunun həmsədri kimi səylərini davam etdirəcəyini deyib.
“Biz Minsk qrupunun həmsədri kimi vəziyyətin gərginləşməsinə qarşı addımlar atmağa, insidentləri önləməyə çalışacağıq ki, müharibəsonrası hədəfləri yerinə yetirə bilək”,- deyə səfir qeyd edib.