ABŞ-ın Los-Anceles məhkəməsi dünyaca məşhur rep ifaçısı, prodüser və modelyer Kanye Omari Vestin adını və soyadını sadəcə “Ye” olaraq dəyişdirmək istəyi ilə bağlı müraciətini təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məhkəmənin rəsmi sənədində hakim Kanye Omari Vestin “heç bir etiraz olmadığı üçün adın dəyişdirilməsi ilə bağlı müraciəti qəbul edilib” deyə bildirib.
İllərdir sosial media hesablarında özünü “Ye” kimi təqdim edən rep ifaçısı, 2018-ci ildə buraxdığı albomuna da “Ye” adını vermişdi.
Həmçinin müsahibələrində, adının qısaltması olan “Ye”-nin İncildə tez -tez işlənən bir söz olduğunu ifadə edib.