Kamilinfo-nun budəfəki qonağı Kölndə yaşayan soydaşımız, “Qarabağ məktəbi”nin rəhbəri Ağa Ağayevdir.
– Almaniyada, o cümlədən Kölndə yaşayan soydaşlarımızın sayı barədə dəqiq məlumat varmı?
– Dünyanın 70-dən cox ölkəsində 50 milyondan cox azərbayçanlı yaşayır. Almaniyada da soydaşlarımız çoxdur. Harada yaşamağından asılı olmayaraq, hər bir azərbayçanlının ana vətəni Azərbayçandır. Təsadüfi deyil ki, Ana dili, Ana Vətən kimi ifadələri birləşdirən ən möhtəşəm söz “Ana”dır. Ana müqəddəs olduğu, kimi Ana dili və Ana Vətən də müqəddəsdir. “Ana” sözünü qeyri-ixtiyari olaraq, cümlənin heç bir yerində kicik hərflə yaza bilmirəm.
– Bu yaxınlarda Kölndə Azərbaycan dili kursunun açılması barədə məlumat aldlq. Bu barədə fikirlərinizi bilmək istərdik. Rəhbərlik etdiyiniz “Qarabağ məktəbi”nin həmin kursla bağlılığı varmı, varsa, nədən ibarətdir?
– Harda olsam fikrim, zikrim, xəyalım,
Səninlədir, doğma Azərbaycanım.
Günü-gündən cicəklənən məkanım,
Mənim Ana yurdum, Azərbaycanım.
Bu baxımdan istər ailədə, istərsə də uşaq bağçaları və məktəblərdə hər birimizin ümdə vəzifəsi övladlarımıza, gənc nəslə birinçi növbədə Ana dilimizi öyrətmək və sevə-sevə tədris etməkdir. Bu vəzifə ilk növbədə valideynlərin üzərinə düşür. Hər bir iş evdən, ailə məsuliyyətindən başlayır. Bir cox dilləri bilmək, əlbəttə, gözəldir, amma Ana dilini bilmək hər şeydən vacibdir. Vətəndən uzaqlarda yasayan azərbaycanlılar bu baxımdan özlərini daha çox məsuliyyətli hesab etməlidir. Avropada yaşayan azərbaycanlıların Azərbaycana olan bağlılığı, deyərdim ki, daha çoxdur. Bunu hər dəqiqə, hər an görürük. Vətənin hər hansı narahatlığı onlar ücün böyük nigaranlığa çevrilir. Vətənimizin sevinci sevincimiz, kədəri kədərimizdir. Biz Avropada, habelə Kölndə yaşayan azərbaycanlıların Azərbaycan naminə dəfələrlə kütləvi mitinqlər və aksiyalar keçirmələrının təşkilatçısı və şahidi olmuşuq. Bu, hər birimizin vətəndaşlıq borcudur. Müqəddəs Ana dilimizi övladlarımıza, gənclərimizə öyrətmək ücün Ana dili kurslari təşkil olunur. Biz özümüz Köln şəhərində həm Ana dili kursu, həm musiqi, həm də Azərbaycan tarixini gənc nəslimizə tədris etmək ücün kurslar təşkil etmişik. Avropada kifayət qədər savadlı, təhsilli müəllimlərimiz var. Biz onlarin potensiallarından istifadə edərək maarifləndirmə ilə böyük həvəslə məşğul oluruq. İnanıram ki, Vətəndən kənardakı azərbaycanlılara müəyyən köməyimiz dəyir.
-Rəhbərlik etdiyiniz məktəbin fəaliyyətində hansısa çətinliklərlə üzləşirsinizmi?
– Xeyr. Məqsəd və məramımız daha cox azərbaycanlını cəlb etmək və onlarda Azərbaycana bağlılığı gücləndirməkdir. Bunun üçün təbliğat işlərini genişləndirmək vacibdir və buna çalışırıq.
–Bir sıra tanınmış şəxslər Avropa ölkələrində yaşayan soydaşlarımızla bağlı iki diametral fərqli problemə diqqət çəkirlər: inteqrasiya olunmamaq və gənc nəslin assimilyasiya olunması təhlükəsi. Yaşadığınız şəhərdə vəziyyət necədir?
-İstər-istəməz insanlar yasadıqları ölkələrə inteqrasiya olunacaq və bu həm də lazımdır. Ona görə ki, burada da öyrəniləsi çox şeylər var. Yaxşını öyrənmək hər birimizə lazımdır. Təhsil sahəsində, mədəniyyət sahəsində və sairə. Eyni zamanda, yaxşı ilə pisi müqayisə etmək bacarığı yaranmalıdır. Bunun özü inkişafdir. Elə məqamlar var ki, Azərbaycanda daha təqdirəlayiqdir. Mentalitet baxımından isə bu vəzifə valideynlərin üzərinə daha çox düşür. Belə ki, övladlarin tərbiyəsi daha çox ailələrdən, evlərdən başlayır. Assimilyasiya olunma təhlükəsnə gəldikdə, bütün qeyd etdiyimiz işlər düzgün yerinə yetirilsə, ola bilsin ki, bu daha az olar. Nəzərinizə çatdırım ki, Azərbaycanın özündə belə bir çox azərbaycanlı ailələrdə öz Ana dilinə biganə qalaraq başqa dillərdə danışmağı özünə şərəf bilənlər var. Təəssüflər olsun. Bu, nə məkan, nə də ölkə ilə əlaqədar deyil. Diaspor təşkilatı həmişə bu işlərlə maraqlıdır və lazım olan dərs vəsaitlərindən istifadə etmək imkanı yaradır. Yetər ki, onlardan yerlərdə səmərəli istifadə olunsun. Bu, hər kəsin müqəddəs borcudur.
– İsveçdə Azərbaycan teatrı açan soydaşımız Sevinc Nəzərli saytımıza müsahibəsində gileylənirdi ki, “Tumurcuğ”un açılışına cəmi 20 nəfər azərbaycanlı gəlib. İştirakçıların əksəriyyəti türklər imiş. Belə biganəlik Kölndə də varmı? Diaspor təşkilatı bunun qarşısını almaq üçün tədbirlər görürmü?
– Yaşadığımız Köln şəhərində keçirdıyimiz tədbirlərə biganəlik yoxdur. Yəni həmyerlilərimiz bütün tədbirlərimizdə çox fəal istirak edirlər. Hətta uyğun təşəbbüslərə də rəvac veririk. Diaspor Komitəsi hər zaman bizi dəstəkləyir. Azərbaycanla əlaqələrimizin qırılmazlığını hər an hiss edirik.
Komitə iyul ayinda Azərbaycanın müqəddəs Şuşa şəhərinə Avropanın hər yerindən azərbaycanlıların ziyarətini təşkil etmişdi. Mən də bu ziyarətdə oldum və cox qürur duydum. 44 günlük Vətən müharibəsində bizə qələbəni yaşadan Ali Baş Komandan cənab Ilham Əliyevə, şanlı ordumuza, şəhidlərimizə, qazilərimizə borcumuzu heç nə ilə ödəyə bilmərik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Qarabağımız mənfur işğalçılardan təmizləndi, azadlığına qovuşdu. Şükürlər olsun. Hazırda Qarabağda sürətli quruculuq işləri qedir. Orada çalışan bütün insanlara can sağlığı, uğurlar arzulayırıq. Bizim borcumuz birliyimizi qorumaq və dövlətimizin möhkəmlənməsi ücün əlimizdən gələni artıqlaması ilə etməkdir. Bu işdə hər birimizə uğurlar arzu edirəm. Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan!
Müsahibənı apardı: Sima CƏFƏROVA, FADMM üzvü