Gülyaz ƏLİYEVA
Anamdan isti təndir çörəyinin qoxusu gəlir,
Lalə-bənövşə ətri,
Təzəcə sağılmış inək südünün quxusu var onda
Kəndimizin dağ çayının qıjıltısı yaşaylr səsində
Anamın səsi mənə laylanı xatırladır
Anam danışanda ağzından bayatı tökülür, nağıl süzülür
Anam, gözəl anam, qoçaq anam, səbrli anam…
Müəllim anam, həkim anam,
Bəstəkar anam, aşpaz anam…
Ağ saçları ürəyinin odundan
Rəng alan anam
Gözlərinin nurunu bizə bəxş edib, özü nursuz gəzən anam
Ürəyinun arzularını tikmələrə, xalçalara nəqş edən anam
Alim anam, şair anam,
Dünyaların kədərini ağısında çəkən anam
Zülmət gecələri diri gözlü sökən anam
Övladıyçün Qaf dağında
Ciyərini qartala yem edən anam
Dünya sənə çox borcludur
Əziz anam,
Torpaq anam,
Vətən anam…
Qarabağ ətirli anam
Qarabağ dərdlı,
Oğul nisgilli,
Əzabkeş anam.
Qarabağı özündə gəzdirən son istinadgahım, müqəddəs anam!