Bir yəhudi ananın üç oğlu var idi. Onlar böyüyəndə uğurlu biznesmen oldular və varlandılar, anaları isə qocalmışdı və balaca evində tək yaşayırdı. Oğullar analarına hədiyyə vermək qərarına gəldilər.
Böyük oğul dedi:
— Mən ana üçün böyük, qırx otaqlı, qulluqçuları və xidmətçiləri olan ev almışam. Qoy heç olmasa qoca vaxtında gözəl yaşasın.
Ortancıl oğul dedi:
— Mənsə ana üçün əntiqə maşın almışam və şəxsi sürücü tutmuşam. Qoy heç olmasa qoca vaxtında komfortla gəzsin.
Kiçik oğulsa dedi:
— Tüpürdüm sizə də, hədiyyələrinizə də. Siz heç bilmirsiniz ki, anamızın ən çox nədən xoşu gəlir. Ana isə Tövrat oxumağı hər şeydən çox sevir. Amma o artıq qocalıb və zəif görür. Bax, mən də fikirləşdim: iyirmi ravvin on iki il ərzində bu tutuquşuya Tövratı öyrədiblər, indi o bütün Tövratı əzbərdən bilir. Ona ancaq hansı fəsili istədiyini de və o osaat başlayacaq.
Qardaşları razılaşdılar ki, bu – möhtəşəm hədiyyədir. Bir neçə vaxtdan sonra oğullar ananın yanına gəldilər və soruşdular:
— Hə, ana, hədiyyələrimiz xoşuna gəldi? Həyatın rahatlaşıb?
Ana böyük oğluna dedi:
— Oğlum, bu cür yaxşı hədiyyəyə — qırx otaqlı evə görə çox sağ ol, amma o mənim nəyimə lazımdır? Mən onsuz da təkcə öz otağımda otururam və heç yerə çıxmıram.
Sonra ortancıl oğluna dedi:
— Oğlum, bu cür qəşəng maşına və sürücüyə görə çox sağ ol, amma bu qoca vaxtımda hara gedəcəyəm ki? Mənim heç bir işim yoxdur, gözlərim də zəif görür. Bu halda pəncərədən görünən mənzərələrə də baxa bilmirəm.
Kiçik oğlunasa belə dedi:
— Sənsə, oğlum, məni yarıtdın! Sən bilirsən anana nə lazımdır. Sənin göndərdiyin toyuğun ətindən bişirilən şorba sadəcə möhtəşəm idi.
kayzen.az