- Mədəniyyət

Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçirilir

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə Caz Dərnəyinin təşkilatçılığı ilə Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçirilir.

Festivalın builki mövzusu “Cazda davamlılıq”dır.

Yerli sənətçilərlə yanaşı 4 ölkədən olan musiqiçilərin də qatıldığı festivalın açılış mərasimi Hərbi Hava Qüvvələri Komandanlığının Qartal Caz Orkestrinin konsert proqramı ilə gerçəkləşib. Konsertdən əvvəl Türkiyə Caz Dərnəyinin 25-ci il xüsusi mükafatı məşhur caz sənətçisi Tuna Ötenelə təqdim olunub.

Festival oktyabrın 24-dək davam edəcək. (azertag)