- Cəmiyyət

Ankarada FETÖ-yə qarşı əməliyyat keçirilib, 15 nəfər saxlanılıb

Türkiyənin paytaxtı Ankaranın 8 nöqtəsində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat nəticəsində 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.