- Manşet, Mədəniyyət

“Antalya Fashion Week Digital 2021”də Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş “Böyük Qayıdış” adlı kolleksiya təqdim edilib

Türkiyədə bu günlərdə baş tutan “Antalya Fashion Week Digital 2021”də Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.

AZƏRTAC xəbər verir ki, kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Ümumilikdə tarixi zəfərimiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.

Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xari Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş saç sancaqları isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.