- Cəmiyyət

Ararat Mirzoyan: “Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur”

“Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur”.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də parlamentin iclasında bildirib.

O, Azərbaycan tərəfinin bu ilin martında rəsmi İrəvana təqdim etdiyi 5 maddəlik təkliflər barədə Ermənistan və beynəlxalq ictimaiyyətin məlumatlı olduğunu vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, Bakı və İrəvan arasında normal danışıqlar prosesi davam edəcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova