- Cəmiyyət, Manşet

AŞ PA Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib

AŞ PA “Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı“ adlı qətnamə qəbul edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, qətnamədə AŞPA Ukrayna ilə həmrəylik nümayış etdirib, Rusiyaya hücumları dayandırmaq üçün çağırış edilib.

Bildirilib ki, Rusiyanın Ukraynaya hücumu Avropada İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli humanitar böhrana səbəb olub, qlobal idarəçilik üçün problem yaradıb, enerji xərclərinin və ərzaq təhlükəsizliyinin kəskin artmasına gətirib çıxarıb.

Qətnamədə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib.