Nizami GƏNCƏVİ
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm qəlbilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi canana, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.
Harda görsəm səni, zülfundən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!
Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,
Yetməyir əl sənə, yox səbr də hicranə gülüm.