- Cəmiyyət

Astara rayonunda şəhid ailələri ziyarət edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının layihəsi əsasında Məhərrəm ayı münasibətilə Vətən Müharibəsi şəhidlərinin doğum günlərində onların ailələrinin ziyarəti davam edir.

Layihə çərçivəsində sentyabrın 17-də Astara rayonu Pensər kəndində şəhid Pərvin Salmanzadə və Ərçivan qəsəbəsində şəhid Sadiq Zeynalovun ailəsi ilə görüş keçirilib, Qurani-Kərim və hədiyyələr təqdim edilib. Şəhidlərimizin məzarı ziyarət edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Elnur Ağayev, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və idarənin kollektivi, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Astara rayonu Pensər kənd “Hacı Teymur” Cümə məscidi dini icmasının sədri və imamı Fariz Veysəlov, məscidin imamı İntizar Mürsəlov, Pensər kənd “Cümə” məscidi dini icmasının sədri və imamı Hüseynağa Nəsirov, Ərçivan qəsəbə məscidinin imamı Cahid Sadıxov və ictimaiyyət nümayəndələri iştirak edib.