Fermer çox baha qiymətə cins at alır. Lakin bir müddətdən sonra at xəstələnir. Atı yoxlamağa gələn baytar həkim heyvanın ağır virusa yoluxduğunu deyir və dərman yazır: «Əgər 3 gün müddətində bu dərman təsir etməsə, atı iynə vurub öldürmək lazımdır».
Bütün bu söhbətləri yaxınlıqda olan donuz eşidirdi. At dərmanı qəbul edir. Ancaq heç bir təsiri olmur. Bunu görən donuz ata deyir: «Qalx, dostum». İkinci gün yenə dərman təsir etmir. Donuz yenə dillənir: «Dostum, qalx. Əgər ayağa qalxmasan, ölməli olacaqsan». Üçüncü gün dərman yenə təsir etmir. Atı yoxlamağa gələn baytar sahibinə deyir: «Təəssüf ki, başqa çıxış yolumuz yoxdu. Əgər atı öldürməsək, virus o biri atlara da keçə bilər». Bunu eşidən donuz atın yanına qaçır və qışqırır: «Qalx, baytar gəlib. Əgər ayağa durmasan, səni öldürəcəklər». Bunu eşidən at qalxıb qaçır.
Bunu görən fermer sevincindən qışqırır: «Möcüzə! Bunu qeyd etmək lazımdır. Bu münasibətlə donuzu kəsmək lazımdır».
Nəticə: «Sənə dəxli olmayan işlərə burnunu soxma».