- Cəmiyyət

Atışma zamanı Ermənistan ordusunun iki hərbi qulluqçusu ölüb

Kəlbəcər istiqamətində baş verən toqquşmada Ermənistan ordusunun iki hərbi qulluqçusu ölüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölən erməni hərbi qulluqçuların adları Artur Mxitaryan və Rudik Qaribyandır.

Daha iki erməni hərbçinin yaralandığı qeyd olunur.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova