“Atletik Bilbao” Kral Kubokunun finalında “Malyorka”nı məğlub edib.
“Report” xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Vurulan qollar: Oyan Sanset (50) – Daniel Rodriqes (21). Penaltilər seriyasında “Atletik” 4:2 hesabı ilə qalib gəlib.
“Atletik” tarixində 24-cü dəfə Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə mükafatı 40 il əvvəl – 1983/84 mövsümündə alıb. Klubun qələbə sayına görə, yalnız “Barselona”dan (31) geri qalır.