- Cəmiyyət, Manşet

AVRO-2020: Bakı Olimpiya Stadionunda son oyunun açılış mərasimi keçirilib

Bakı Olimpiya Stadionunda Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya – Danimarka oyununun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.

Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.

Danimarka seçməsində iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirən Kristian Eriksenin forması arenada yer alıb.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.