AVRO-2020-nin Bakıda keçirilən oyunlarında azarkeş sayı stadionun tutumunun 50 faizindən də çox ola bilər.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı deyib.
Türkiyəli nümayəndə milli komandalarının qrup matçlarını ölkəmizdə keçirəcəyini xatırladaraq, azarkeş sayında artımı da istisna etməyib: “İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Onlar stadionun 50 faizinin dolacağını təsdiqlədilər. Bunu 75 faizə qədər də artırmaq imkanları var. Evimizdə oynayacağıq. Bu səbəbdən yaxşı olardı ki, matçlarımızda tribunaların 75 faizi dolsun”.